Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-cı il üçün ali məktəblərə imtahanlarda 1-ci 4-cü ixtisas qrupları üçün keçid ballarını açıqlayıb. Komissiyanın mətbuat xidmətindən fins.az-a verilən xəbər görə, I qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
I qrupda seçimlər belə olacaq
I ixtisas qrupunun "Riyaziyyat", "Fizika", "Nəqliyyat tikintisi mühəndisliyi", "İnşaat mühəndisliyi", "İnformasiya texnologiyaları", "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisasları üzrə ümumi balı 250-dən, "Kompüter elmləri", "Geologiya" ixtisasları üzrə ümumi balı 300-dən və hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə biləcəklər.
Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
IV qrupda keçid balları
Bu il IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir fənn istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan
ixtisaslarının müsabiqəsində ingilis dili fənni üzrə attestat qiyməti
“4” və ya “5” olan abituriyentlər iştirak edəcəklər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayacaq.
Dövlət sifarişi əsasında ayrılan yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Hansı ixtisaslara keçid balı endirildi?
"Baytarlıq", "Su bioehtiyatları və akvabitkilər" ixtisaslarının, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin "Ekologiya" və "Əczaçılıq" ixtisaslarının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılan yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Bu ixtisaslarda fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Test imtahanında topladığı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə ediləcək.
- Təhsil haqqında sənəddə (attestat) Azərbayc an dili (
- təhsil haqqında sənədə (attestata) “Azərbaycan dili” (təlim təlimi Azərbaycan dilində olan məktəblərdə), “Rus dili” (təlim rus dilində olan məktəblərdə), “Gürcü dili” (təlim gürcü dilində olan məktəblərdə), “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;
- qəbul imtahanının əsas fənləri üzrə düzgün cavabların sayının cəmi; qəbul imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla həmin
- Qəbul imtahanının əsas fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;
- qəbul imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla həmin
- imtahandakı fənlərin üstünlük dərəcəsini nəzərə almaqla qəbul imtahanının bütün fənləri üzrə bütövlükdə düzgün cavabların qəbul imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla ayrılıqda həmin fənlər üzrə düzgün cavabların sayı
İxtisas seçimlərinə az vaxt qalıb
Xatırladaq ki, bu il IV ixtisas qrupunda 5 min 340 abituriyent imtahan verib. İmtahanın nəticələrinə əsasən 2823 ("Baytarlıq", "Su bioehtiyatları və akvabitkilər" ixtisasları, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin "Ekologiya" və "Əczaçılıq" ixtisasları üzrə müsabiqə iştirakçıları istisna olmaqla) abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib.
İxtisas seçimi bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək internet vasitəsilə aparılacaq. Müsabiqəyə yalnız həmin müddətdə ixtisasları seçib öz elektron ixtisas seçimi ərizələrinə daxil edərək təsdiq edən abituriyentlər buraxılacaq.