Fransız-Azərbaycan Universitetində (UFAZ) 4 ixtisas üzrə tədris bu ilin sentyabr ayında başlayacaq. Universitetdən fins.az-a verilən məlumata görə hər bir ixtisas qrupu üzrə illik təhsil haqqı 2000 AZN təşkil edəcək. Təhsil haqqı hər tədris ilinin əvvəlində ödənilməlidir.
Eləcə də bax: Fransa-Azərbaycan Universiteti tələbə qəbuluna başlayır
UFAZ-dan bildirilib ki, universitetə qəbul orlunmaq üçün dövlət qəbul imtahanında (TQDK), birinci qrup üzrə 500-dən yuxarı bal toplamaq lazımdır. Belə abituriyentlər universitetin özündə təşkil edilən növbəti imstahana buraxılacaqlar – bu imtahanda ingiliscə essee yazmaq tələb olunacaq. İmtahanı uğurla verənlər UFAZ-ın tələbəsi olacaqlar.
2016-2017-ci illərdə UFAZ-da tədris aşağıdakı 4 ixtisas üzrə keçiriləcək. Dərslər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ikinci korpusunda təşkil olunacaq. Proqramı bitirən məzunlar Fransada və Azərbaycanda tanınacaq ikili diplom (Fransız və Azərbaycan diplomları) qazanacaqlar.
• Kimya mühəndisliyi üzrə bakalavr (Unistra / ASOIU)
• Kompüter Elmləri bakalavr (Unistra / ASOIU)
• Geofizika üzrə bakalavr (Unistra / ASOIU)
• Neft Kəşfiyyatının və İstismarının Cihazqayırması üzrə bakalavr (Ren1 / ASOIU)
Bu il UFAZ-a 160 tələbə qəbul olunacaq. Bunların 120-sinin təhsil haqqı dövlət tərəfindən ödəniləcək, 40 tələbə isə ödənişli əsasla qəbul olunacaq.
Dərslərin 50%-i fransız müəllimlər, 50% isə azərbaycanlı müəllimləri tədris olunacaq. Dərslər ingilis dilində keçirilir (fransız dili tədricən təhsil proqramına daxil ediləcək).