02 Noyabr

Azərbaycanda yeni hakim - Təyinatları

Milli Məclisinin Sədri Oqtay Əsədov Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında qərarı imzalayıb.

Fins.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Azərbaycan Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Ali Məhkəmənin hakimi Tapdıq Şükür oğlu Mahmudov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

2. 2016-cı il yanvarın 1-də səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Cəmilova Xəyalə Adil qızı,

Zeynallı Fərmayıl Gülmalı oğlu.

3. 2016-cı il yanvarın 1-də səlahiyyət müddəti bitən Kəmalə Nəbi qızı Abiyeva Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

4. 2016-cı il yanvarın 1-də səlahiyyət müddəti bitən Rafael Əmir oğlu Eyvazov Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

Qeyd edək ki, qərarın 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.