“Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərsliyin ikinci nəşri işıq üzü görüb

“2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində hazırlanan və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrində qeyri-iqtisadi profil ixtisası üzrə tədrisi tövsiyə edilən “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərsliyin ikinci nəşri işıq üzü görmüşdür.

Qeyd edilməlidir ki ölkədə rəqəmsal ödənişlər və ödəniş sistemləri sahəsində yeganə dərsik və əyani vasitə olan bu kitabın müəllifləri Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi, Azərbaycan Texniki Universitetinin baş müəllimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun baş elmi işçisi Xəyaləddin Tağıyev və Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri, “Bank of Baku“ASC-nin Ödəniş sistemləri departamentinin direktor müavini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun dissertantı Tamerlan Rüstəmovdur.

Yeni nəşrdə rəqəmsal ödəniş ekosistemi sahəsində qlobal trendlər, rəqəmsal bankçılıq konsepsiyası və qabaqcıl maliyyə bazarlarına malik ölkədə bu konsepsiyanın realizasiya istiqamətləri, fintex ekosistmeinin inkişafında mühüm rol oynayan sandbox rejimi və onun tətbiqi xüsusiyyətləri, ölkəmizdə formalaşan rəqəmsal ödəniş ekosisteminin yenilikçi maliyyə institutları haqqında məlumatlar əks olunmuşdur.

Ali təhsil ocaqlarında tədris ediləcək bu dərslik, nəzəri yanaşmanı və praktik məsələləri əhatə etdiyinə görə bank əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşməsində, həmçinin əhalinin maliyyə savadlığının yüksəlməsində mühüm rol oynayacaqdır.

Kitabı aşağıdakı linkə daxil olmaqla əldə edə bilərsiniz

https://shop.az/az/product/product-detail/634355

SHARE THIS STORY

FacebookTelegramTwitter