Fins.az - Kəlbəcər rayonunun Otaqlı və Çıraq kəndlərinin (Tövlədərə ilə birlikdə) layihələndirilməsinə start verilib.
Layihələndirmə işləri "PBA" Qapalı Səhmdar Cəmiyyətinə həvalə olunub və müqavilə bağlanıb.
Müqaviləyə əsasən, Otaqlı kəndi üçün 596,1 min manat, Çıraq və Tövlədərə kəndlərinin layihəsi üçün isə 594,8 min manat ödəniş nəzərdə tutulub.
Layihələndirmə işləri Kəlbəcər Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən həyata keçirilir.
Zemfira Ms
Fins.az