QARABAĞ

06 Yanvar

Qarabağ və Şərqi Zəngəzurda “Yaşıl enerji” istehsalı artır

Fins.az - 2023-cü ildə Qarabağ və Şərqi Zəngəzurdakı 32 su elektrik stansiyasında “AzərEnerji” tərəfindən 550 milyon kilovat saat “yaşıl enerji” istehsal edilib. Bu enerjinin üçdə biri, yəni 200 milyon kilovat saata yaxını işğaldan azad edilən ərazilərin enerji tələbatını qarşılayıb, qalan hissəsi isə ölkənin digər bölgələrinə ötürülüb. Bu nəticə ilə 120 milyon kub metr təbii qaza qənaət edilərək  225 min ton karbon qazının atmosferə buraxılmasının qarşısı alınıb.

2024-cü ildə 7 yeni su elektrik stansiyasının açılışı ilə daha da güclənən bu layihə, Prezident İlham Əliyevin “yaşıl enerji” zonasının yaradılması ilə bağlı verdiyi tapşırıqların icrasını təmin edir. 4 il ərzində 32 su elektrik stansiyasının istismara verilməsi ilə Qarabağ və Şərqi Zəngəzur enerji istehsalında mühüm irəliləyiş əldə edib. 2025-ci ildə daha 11 stansiyanın açılması planlaşdırılır.