İlk dəfə olaraq Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarına başlanılıb.
Bu barədə Fins.az-a Mərkəzi Bankdan məlumat verilib.
Bildirilib ki, bu ilin dekabrın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 17,392 milyon manat kredit qoyulub. Bu göstərici üzrə orta faiz dərəcəsi 12,98% təşkil edib.
Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 16,695 milyon manatı milli valyutada, 698 min manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.
Qeyd edək ki, bu ilin dekabrın 1-nə ölkə üzrə ümumi kredit qoyuluşları 27,4 milyard manat təşkil edib.
Fuad Mədətov
Fins.az