Ağdam rayonunda yeni yaşayış binaları inşa olunacaq.
Bu barədə Fins.az dövlət satınalmalarının vahid internet portalında istinadən xəbər verir.
Belə ki, Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 9 və 10-cu məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binaları tikiləcək.
Məlumata görə, artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin icrasının 23,7 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Fuad Mədətov
Fins.az