QARABAĞ

11 Dekabr

2025-ci ildə azad edilmiş ərazilərdə 5 yeni avtomat meteoroloji stansiya quraşdırılacaq

İşğaldan azad edilmiş ərazilərdə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 avtomat hidroloji, həmçinin bu ərazilərdə hidrometeoroloji vəziyyətin öyrənilməsi üçün 5 avtomat meteoroloji stansiya quraşdırılaraq istifadəyə verilib.

Fins.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Kənan Kərimli Xankəndi şəhərində keçirilən ekoloji məsələlər üzrə işçi qrupun iclasında bildirib.

Kərimli əlavə edib ki, Xankəndi şəhəri ərazisində 1 dəst, Laçın rayonunun Güləbird kəndi ərazisində 1 dəst və Xocalı şəhəri yaxınlığında 1 dəst olmaqla, ümumilikdə 3 avtomat aqrometeoroloji stansiya quraşdırılaraq işə salınıb.

Bundan başqa, 2025-ci ildə 5 ədəd avtomat meteoroloji stansiyanın, o cümlədən Xankəndi şəhəri və Ağdərə rayonlarında quraşdırılması planlaşdırılır.