Xocalı (20 ha), Ağdərə (10 ha) və Xocavənd (10 ha) rayonlarının ərazisində təhlükəsiz bərk tullantılar üçün poliqon əraziləri seçilib.
Fins.az-ın məlumatına görə, bunu “Təmiz Şəhər" ASC-nin Ekologiya şöbəsinin müdiri Səbuhi Babayev Xankəndidə keçirilən ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.
S.Babayev qeyd edib ki, seçilmiş torpaq sahələrinin "Təmiz Şəhər" ASC-nin istifadəsinə verilməsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktub göndərilib:
"Komitə tərəfindən tullantı poliqonlarının yaradılması üçün Xocavənd və Xocalı rayonu ərazisində yerləşən torpaq sahəsinin 'Təmiz Şəhər' ASC-nin istifadəsinə verilməsi barədə sərəncam verilib.
Ərazi ANAMA tərəfindən mina və partlamamış hərbi sursatlardan təmizlənib."