QARABAĞ

05 Dekabr

"Evakuator.az" MMC Ağdam və Zəngilan üçün 600 min manat xərcləyəcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ağdam rayonunun iki kəndi və Zəngilan şəhərinə məcburi köçkün ailələrinin köçürülməsi üçün 600 min manata yaxın vəsait xərcləyib.

Fins.az xəbər verir ki, Komitə bu məqsədlə tender keçirib. Ağdamın Sarıcalı və Kəngərli kəndlərinə, eləcə də Zəngilan şəhərinə məcburi köçkün ailələrinin köçürülməsi üzrə tenderin qalibi "Evakuator.az" MMC seçilib. Şirkət ilə 588,4 min manat dəyərində müqavilə imzalanıb.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan "Evakuator.az" MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Aqil İsmayıl oğlu Zeynalovdur. Mediada yayılan məlumatlarda Aqil Zeynalovun Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşı oğlu olduğu bildirilib.