2024-cü ilin oktyabr ayının 1-nə işğaldan azad edilmiş ərazilərdə muzdla çalışan işçilərin sayı açıqlanıb.
Fins.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, işğaldan azad edilmiş ərazilərdə muzdla çalışan işçilərin sayı 49 951 nəfər təşkil edib.
Ən çox muzdla çalışan işçilərin sayı Ağdam (12 766 nəfər) və Füzuli (9 406 nəfər) rayonlarında qeydə alınıb.
İşğaldan azad edilmiş ərazilərdə ən yüksək əməkhaqqı Xankəndi və Ağdərə rayonlarında qeydə alınıb. Hesabat dövründə Xankəndi şəhərində orta aylıq nominal əməkhaqqı 1771,4 manat, Ağdərə rayonunda isə 926,2 manat olub.
Aşağıdakı cədvəldə işğaldan azad edilmiş ərazilərdə muzdlu işçilərin sayı və orta aylıq əməkhaqqı məbləği təqdim olunur:
Azad edilmiş ərazilər | Muzdla çalışan işçilərin sayı (min nəfər) | Orta aylıq əmək haqqı (manatla) |
---|---|---|
Ağdam rayonu | 12 766 | 640,6 |
Füzuli rayonu | 9 406 | 605,3 |
Laçın rayonu | 7 829 | 650,2 |
Kəlbəcər rayonu | 6 514 | 628,1 |
Cəbrayıl rayonu | 3 238 | 717,1 |
Şuşa rayonu | 2 624 | 891 |
Qubadlı rayonu | 2 523 | 809,5 |
Zəngilan rayonu | 2 105 | 883,5 |
Xocavənd rayonu | 1 388 | 692 |
Xocalı rayonu | 1 192 | 760,5 |
Xankəndi şəhəri | 234 | 1771,4 |
Ağdərə rayonu | 132 | 926,2 |
2024-cü ilin oktyabrın 1-nə vəziyyətə ümumilikdə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 768,3 min nəfər, orta aylıq nominal əməkhaqqı isə 993 manat təşkil edib.
Fuad Mədətov
Fins.az