QARABAĞ

29 Noyabr

Azad edilmiş rayonlarda sahibkarlıq və iş yerlərinin sayı artıb - CƏDVƏL

2024-cü ilin yanvar-sentyabr ayları ərzində işğaldan azad edilmiş rayonlarda 1532 yeni iş yeri yaradılıb.

Fins.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 55% artıb. Belə ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində işğaldan azad edilmiş rayonlarda 989 yeni iş yerləri yaradılmışdı.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr ayları ərzində ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Belə ki, hesabat dövründə Laçında 409, Şuşada isə 324 yeni iş yeriləri yaradılıb.

Xatırladaq ki, hesabat dövründə azad edilmiş rayonlarda 246 yeni müəssisə və təşkilat, 2779 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılmış müəssisə və təşkilatların sayı 2.4 dəfə, fərdi sahibkarların sayı isə 55.9% artıb.

Aşağıdakı cədvəldə 2024-cü ilin yanvar-sentyabr ayları ərzində azad edilmiş ərazilərdə yeni yaradılmış iş yerlərinin, fərdi sahibkarlıq subyektlərinin və müəssisələrin sayı verilib.

Azad edilmiş rayonlar İş yerlərinin sayı Təşkilatların sayı Fərdi sahibkarların sayı
Ağdam 173 33 832
Füzuli 70 25 569
Xocavənd 30 3 49
Şuşa 324 14 105
Cəbrayıl 64 32 216
Kəlbəcər 122 30 292
Qubadlı 32 13 123
Laçın 409 30 292
Zəngilan 39 16 102
Xocalı 51 18 107
Xankəndi 209 46 107
Ağdərə 9 3 0


Fuad Mədətov
Fins.az