İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmış şəxslərin 80 faizinin məşğulluğu təmin edilib.
Fins.az xəbər verir ki, Milli Məclisdə "Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və iqtisadi fəal olan şəxslərin 80 faizdən çoxunun məşğulluğu artıq təmin edilib.
Nazir əlavə edib ki, digər şəxslərin də məşğulluğunun təmin olunması istiqamətində işlər davam etdirilir. Bu tədbirlər işğaldan azad olunan bölgələrdə əhalinin iqtisadi fəallığını artırmaq və onların sosial rifahını yaxşılaşdırmaq məqsədini güdür.