BİZNES

10 Fevral

Azərbaycanın Omanla ticarət dövriyyəsi 59 dəfə artıb

2024-cü il ərzində Azərbaycanın Omanla ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilə nisbətdə 59 dəfə artaraq 66,5 milyon dolları üstələyib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycandan Omana ixrac 66,1 milyon dollar təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 82,6 dəfə artım deməkdir. Omandan Azərbaycana idxal isə 384,6 min dollar olub, bu da 17,8 faiz artıb.

2024-cü ilin nəticələrinə görə, Azərbaycanın ümumi ticarət dövriyyəsində Omanla ticarətin payı 0,13 faiz təşkil edib.

Fuad Mədətov
Fins.az