Azərbaycanda işğaldan azad edilmiş ərazilərdəki kənd təsərrüfatı təyinatlı torpaqlar, sahibkarlıq subyektlərinə investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.
Fins.az xəbər verir ki, bu yenilik “Torpaq icarəsi haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərdə öz əksini tapıb.
Qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirə olunur.
Layihəyə əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayan sakinlərə yaxın aqrar təyinatlı torpaqlar güzəştli şərtlərlə icarəyə veriləcək. Bu torpaqlar birillik və çoxillik əkinlərin aparılması məqsədilə kənd və qəsəbə sakinlərinə təqdim olunacaq.
Zemfira Ms
Fins.az