Qarabağ və Şərqi Zəngəzurda tullantıların idarə edilməsi üzrə 12 poliqon yeri müəyyən edilib, onlardan 9-u təsdiqlənib.
Fins.az,"Təmiz Şəhər" ASC-nin İdarə Heyəti sədrinin müavini Sabit Zeyniyevin Laçında keçirilən ekoloji işçi qrupun iclasındakı çıxışına istinadən məlumat verir ki, bu ərazilərdə tullantıların idarə edilməsi əsas ekoloji məsələlərdən biridir.
Poliqonlar üzrə qiymətləndirmə layihələri başa çatıb və yaxın günlərdə tikinti işlərinə başlanılacaq.
Qey edək ki, azad edilmiş bölgələrdə 60 texnika və 500-dən çox tullantı konteyneri quraşdırılıb.
Zemfira Ms
Fins.az