QARABAĞ

11 Sentyabr

Laçına növbəti köç: daha 18 ailə doğma yurduna qayıdır

Prezident İlham Əliyevin tapşırığı ilə Laçın şəhərinə daha 18 ailədən ibarət növbəti köç karvanı yola salınıb.

Fins.az xəbər verir ki, köçürülən 59 nəfər əvvəlcə müxtəlif müvəqqəti yaşayış yerlərində məskunlaşmışdı.

Məcburi köçkünlərin 30 ildən sonra doğma yurdlarına qayıtması, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər sayəsində mümkün olub.

İndiyədək Laçın şəhərinə 570 ailə (2090 nəfər) daimi məskunlaşıb.

Zemfira Ms
Fins.az