QARABAĞ

28 Avqust

İşğaldan azad edilmiş ərazilərdəki hidroenerji ehtiyatları əsas hədəfimizdir - KTN rəsmisi

İşğaldan azad edilmiş ərazilərin su ehtiyatları yüksək qiymətləndirilir.

Trend xəbər verir ki, bunu "Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri" zamanı Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.

O bildirib ki, həmin ərazilərdə 10 su anbarı və 17 çayın olması Azərbaycanın şirin su ehtiyatlarını daha da əlçatan edir.

F.Tağıyev əlavə edib: “İşğaldan azad edilmiş ərazilər yaşıl enerji zonası elan edilib. Bu ərazilərin 0 emissiya zonası elan edilməsi ilə bağlı öhdəlik götürmüşük. Buna görə də, bu ərazilərdəki hidroenerji ehtiyatları və suyun idarə edilməsi bizim əsas hədəfimizdir.”

Fuad Mədətov
Fins.az