QARABAĞ

27 Avqust

Sərsəng su anbarında suyun səthinin rekord səviyyəyə çatıb - Azərkosmos

Zəngin su ehtiyatlarına malik Qarabağın Sərsəng su anbarının səthinin sahəsində əvvəlki illərlə müqayisədə bu il rekord səviyyədə artım olub.

Fins.az, Azərbaycan Respublikasının Kosmik Agentliyi daxil olan məlumata istinadən xəbər verir ki,  ki 2014-2023-cü illər ərzində anbarın su səthində müəyyən artma-azalma olsa da, 2024-cü ilin peyk təsvirlərinin analizləri son 10 il ərzində su səthinin sahəsinin maksimum səviyyəyə – 1065 hektara çatdığını göstərir.

Uzun illər mənfi ekoloji təsirə məruz qalmış Sərsəng su anbarında suyun səthinin artması ötən ildən etibarən su anbarının ekosisteminin bərpasının nəticəsi hesab oluna bilər. Qarabağın ən iri su hövzəsi olan Sərsəng su anbarı Qarabağ iqtisadi rayonu və ətraf bölgələr üçün strateji əhəmiyyətə malikdir.

Qeyd edək ki, Azərkosmos tərəfindən ölkə ərazisində su resurslarının səmərəli istifadə edilməsi məqsədilə davamlı olaraq təhlillər aparılır.

Zemfira Ms
Fins.az