Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Qarabağ Universitetinə qəbul olunan tələbələrin coğrafi yayılması barədə məlumat verib.
Fins.az xəbər verir ki, M.Abbaszadə Qarabağ Universitetinə qəbul olunan tələbələrin 16.14%-i Bakı şəhərinin rayonlarından gəldiyini bildirib.
Digər bölgələrdən qəbul olanların statistikası belədir:
- Sumqayıt şəhəri, Abşeron, Xızı: 6.80%
- Naxçıvan şəhəri və bölgələr: 3.81%
- Mingəçevir, Naftalan, Yevlax, Şuşa, Xocalı, Xocavənd, Goranboy, Kəlbəcər, Bərdə, Ağcabədi, Ağdam, Tərtər: 22.67%
- Gəncə şəhəri, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz: 16.77%
- Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz: 8.61%
- Göyçay, Ucar, Kürdəmir, Zərdab, Ağdaş, İsmayıllı, Ağsu: 3.54%
- İmişli, Cəbrayıl, Qubadlı, Füzuli, Beyləqan, Laçın, Zəngilan: 6.71%
- Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı: 7.43%
- Lənkəran şəhəri, Astara, Lerik, Yardımlı, Cəlilabad, Masallı: 4.90%
- Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən: 2.63%
Bu statistikalar Qarabağ Universitetinin müxtəlif bölgələrdən tələbələri cəlb etmə qabiliyyətini göstərir və universitetin ölkə daxilində geniş bir tələbat gördüyünü əks etdirir.
Fuad Mədətov
Fins.az