Horadiz-Ağbənd dəmir yolu xəttinin 79-cu km-də yerləşən körpü 771 metr uzunluğa və 23 aşırıma malikdir. Körpünün dayaqları diametri 1200 mm olan monolit dəmir-beton qazma-doldurma svaylarının üzərində layihələndirilmişdir.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-in Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası və görülən son işlərə dair əraziyə təşkil edilən mediatur zamanı ADY-nin şöbə müdiri Fəyaz Rüstəmov jurnalistlərə açıqlama verib.
Rüstəmov bildirib ki, körpünün tikintisinin əsas səbəbi dəmir yolunun bu ərazidə Xudafərin su anbarına yaxın yerləşməsidir. "Körpünün dəmir-beton işləri tamamlanıb, növbəti mərhələdə hərəkət tavasının izolyasiya işlərinin başlanması planlaşdırılır," - deyə o əlavə edib.
Fuad Mədətov
Fins.az