QARABAĞ

09 İyul

Sus və Zabux kəndlərində bağçalar fəaliyyətə başlayacaq

Sus və Zabux kəndlərində bağçaların fəaliyyətə başlaması nəzərdə tutulub.

Fins.az xəbər verir ki, bunu “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu”, “Məktəbəhazırlıq qruplarına və I sinfə qəbul” ilə bağlı jurnalistlər üçün keçirilən brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov deyib.

Qeyd edək ki, iyulun 11-də 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir. 2024-2025-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün 112 minə yaxın yer ayrılıb.