Xocalıya köçürülən ailələr Respublikanın müxtəlif ərazilərində yardımçı tikililər və müxtəlif müəssisələrə məxsus olan binalarda məskunlaşan xocalılar olub.
Fins.az xəbər verir ki, indiyədək Xocalı şəhərinə 44 ailə, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib.
Həmçinin Xocalıya yeni ailələrin köçürülməsi üçün, şəhərdəki yarımçıq tikili olan yaşayış kompleksi əsaslı təmir edilib. Kompleks 3,34 hektar ərazini əhatə edir. Burada hər biri ikigirişli olmaqla üçmərtəbəli 15 binada iki otaqlı, üç otaqlı və dörd otaqlı 80 mənzil var. Kompleksdə uşaq oyun meydançaları, idman qurğuları, idman meydançası, söhbətgahlar yaradılıb.
Fuad Mədətov
Fins.az