QARABAĞ

29 May

Paşa Bank \"Qarabağ strategiyası\"na xüsusi diqqət ayırıb

“PAŞA Bank” ASC Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən şirkətlərə dəstəyə xüsusi diqqət yetirir.

Fins.az xəbər verir ki, bu barədə "PAŞA Bank"ın baş icraçı direktoru və İdarə Heyətinin sədri Cavid Quliyev 2023-cü il üzrə fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, strateji dövrdə korporativ-institusional bankçılıq üzrə əldə olunan əsas nailiyyətlərdən danışarkən qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlərin dəstəklənməsinə yönəlmiş "Qarabağ strategiyası"na xüsusi diqqət ayrılıb.

C.Quliyev qeyd edib ki, bundan başqa, bank müştəriləri üçün ilk əmtəə fyuçersləri üzrə müqavilənin imzalanması Azərbaycan tarixində əlamətdar hadisə olub.

Fuad Mədətov
Fins.az