2026-cı ilin sonuna qədər 12 min insanı öz evlərinə qaytarmağı düşünürük.
Fins.az xəbər verir ki, bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov mayın 24-də Laçın İqlim Fəaliyyəti Dialoqu çərçivəsində COP29 ilə əlaqədar keçirilən təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, 2023-cü ilin sentyabrından bəri Laçında 700-dən çox ev və yaşayış kompleksi yenidən qurulub:
“Bir il əvvəl keçmiş məcburi köçkünlərin ilk hissəsi Laçına qayıtdı və burada Prezident İlham Əliyev yeni evlərin açarlarını onlara təqdim etdi. Bu gün 730 ailə - 2766 nəfər Laçın rayonuna qayıdıb. Laçın şəhərində, Zabux və Sus kəndlərində keçmiş məcburi köçkünlər üçün qısa müddətdə hər cür şərait yaradılıb. 2026-cı ilin sonuna qədər 12 min insanı öz evlərinə qaytarmağı düşünürük”.
Fuad Mədətov
Fins.az