İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsait üzrə də keçid layihələr üstünlük təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.
Bildirilib ki, belə ki, 21 sifarişçi üzrə təqdim edilmiş hesabata əsasən maliyyələşdirilməsi həyata keçirilən 237 layihədən ümumi dəyəri 1145,2 mln. manat 35 layihə başa çatmış, ümumi dəyəri 26414,8 mln. manat olan 202 layihə keçid layihəsi olub. Keçid layihələrdə 17 layihə üzrə 55% nəqliyyat infrastrukturunun, 96 layihə üzrə 29% işğaldan azad olunmuş ərazilərin bərpa və quruculuq üzrə sifarişçi olan 3 publik hüquqi şəxsin, 18 layihə üzrə 5%-i enerji infrastrukturunun və 71 layihə üzrə 11% digər infrastrukturun payı təşkil edir.
Fuad Mədətov
Fins.az