QARABAĞ

21 May

Qarabağ regionunda biznes qurmaq istəyən 503 xarici şirkət müraciət edib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) Qarabağ regionunda biznes qurmaq istəyən 503 xarici şirkət müraciət edib.

Fins.az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forumunda deyib.

Onun sözlərinə görə, ümumi müraciətlərin sayı 1 900-dən çoxdur:

"İşğaldan azad edilmiş ərazilərdə prioritet sahələr kimi tikinti, turizm, dağ-mədən sənayesi, nəqliyyat, kənd təsərrüfatı çıxış edir".

Fuad Mədətov
Fins.az