QARABAĞ

17 Yanvar

Bu il azad olunmuş ərazilərdə sahibkarlara dəstək üzrə yeni mexanizm tətbiq olunacaq

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində fəaliyyət göstərən sahibkarlara dəstək üzrə yeni mexanizm yaradılır.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev 2023-cü ildəki fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mexanizm 2024-cü ilin fevral ayından tətbiq olunacaq.

Fuad Mədətov
Fins.az