QARABAĞ

17 Yanvar

Azad olunmuş ərazilərdə layihələr üçün ümumi dəyəri 11,5 milyon manat güzəştli kreditlər ayrılıb

2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar üçün güzəştli kreditlər ayırmağa başlayıb. Beləliklə, Muxtar Respublikada fəaliyyət göstərən 27 sahibkar 2,2 milyon manat dəyərində güzəştli kreditdən istifadə edib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev 2023-cü ildəki fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə 4 layihə üçün güzəştli kreditlər ayrılıb və bu layihələrə ayrılan güzəştli kreditlərin ümumi dəyəri 11,5 milyon manat olub.

Fuad Mədətov
Fins.az