QARABAĞ

21 Dekabr

Azad edilmiş ərazilərdə 5 kiçik su elektrik stansiyasının bərpası üçün layihə hazırlanıb

Azərbaycan və Türkiyə işğaldan azad edilmiş ərazilərdə 5 kiçik su elektrik stansiyasının bərpası üçün layihə hazırlayıb.

Fins.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə İnvestisiya Forumunun açılış mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycanda investorlar üçün layihələrdə iştirak etmək üçün imkanlar yaradılıb:

"Azərbaycanda investorlar üçün dövlət-özəl tərəfdaşlıq çərçivəsində Azərbaycan İnvestisiya Şirkətinin tərəfdaşı olduğu layihələrdə iştirak etmək üçün imkanlar yaradılıb. Bu çərçivədə Azərbaycan İnvestisiya Şirkəti Türkiyədən olan həmkarları ilə danışıqlar aparır və bu il işğaldan azad edilmiş ərazilərimizdə 5 kiçik su elektrik stansiyasının bərpası üçün layihə hazırlanıb".

Vüqar Bağırov
Fins.az