QARABAĞ

13 Dekabr

Təhsil Qarabağa qayıdır: Zabuxda məktəb fəaliyyətə başlayıb

Laçın rayonu Zabux kəndində tam orta məktəb fəaliyyətə başlayıb.

Fins.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sosial şəbəkə hesabında qeyd edilib.

"Təhsil Qarabağa qayıdır", - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, Laçın rayonu Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 22 sentyabr 2022-ci il tarixli sərəncamı imzalanmış və Zabux kəndində 176 şagird yerlik ümumtəhsil məktəb binasında bərpa – gücləndirmə və əsaslı təmir işlərinə başlanılmışdı.

Fuad Mədətov
Fins.az