QARABAĞ

13 Dekabr

Qarabağ Universitetinin tərkibində bir peşə təhsili müəssisəsinin yaradılması nəzərdə tutulur

Bu gün Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfrans keçirilib.

Fins.az xəbər verir ki, konfransda elm və təhsil naziri Emin Əmrullayev çıxış edərkən Qarabağ Universitetinin tərkibində bir peşə təhsili müəssisəsinin yaradılmasının nəzərdə tutulduğunu açıqlayıb.

Onun sözlərinə görə, bununla bağlı nazirliyin planları var və müvafiq qurumlarla razılaşmalar aparılır.

Fuad Mədətov
Fins.az