İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri v.m.i.e Ayhan Satıcı Qazaxıstanın Almatı şəhərində Alman-Qazax Universitetində keçirilən Beynəlxalq Şərq-Qərb Logistika Forumunda Azərbaycanı təmsil edib.
Fins.az xəbər verir ki, ikigünlük beynəlxalq forumda CAREC İnstitutu, Asiya İnkişaf Bankı və Alman-Qazax Universitetinin, həmçinin ABŞ, Almaniya, Türkiyə, Yaponiya, Hindistan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin nüfuzlu institut və beyin mərkəzlərinin alimləri iştirak ediblər.
Qeyd edək ki, səfər çərçivəsində Qazaxıstanın Astana şəhərində “Türk Dövlətləri İqtisadiyyatı” kitabının da təqdimatı keçiriləcək.
Günel Məlikzadə
Fins.az