QARABAĞ

26 Sentyabr

Türkiyə və ABŞ Zəngəzur dəhlizini müzakirə edəcək

ABŞ Dövlət Departamenti Türkiyə Prezidenti Rəcəb Ərdoğanın Naxçıvana səfəri və Zəngəzur dəhlizi ilə bağlı müzakirələrə münasibət bildirməyib.

Fins.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O bildirib ki, ABŞ bu məsələdə Türkiyə hökuməti ilə işləyir:

"Bu, Dövlət katibi Blinkenin ötən cümə günü Nyu Yorkda keçirdiyi görüşdə türkiyəli həmkarı ilə müzakirə etdiyi məsələlərdən biri idi. Bütün müttəfiqlərimiz və tərəfdaşlarımız davamlı razılaşmanın əldə edilməsində konstruktiv rol oynaya bilər, o cümlədən, əlbəttə ki, Türkiyə. Amma konkret təkliflə bağlı heç bir şərhim yoxdur".

©axar