Bu günə qədər İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq üçün 1400-dən artıq müraciət daxil olub.
Fins.az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov yerli şirkətlərin “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” adlı tanıtım sərgisində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həmin müraciətlərin 500-ə yaxını xarici şirkətlərə məxsusdur və bu rəqəmlər həm yerli, həm də xarici sahibkarların Qarabağda biznes fəaliyyətinə olan marağını göstərir:
"Əlbəttə ki, dövlətin tətbiq etdiyi fiskal və sosial güzəştlər fonunda sahibkarların bu sahədə fəallığı bölgənin qısa müddətdə bərpasına və inkişafına öz töhfəsini verəcək. Biz həm Qarabağın iqtisadi potensialının beynəlxalq müstəvidə tanıdılması, həm də orada biznes qurmaq istəyən sahibkarlıq subyektlərinin müraciətlərinin toplanması istiqamətində işləri davam etdiririk".
Fuad Mədətov
Fins.az