QARABAĞ

25 Aprel

Ağdamda 3382 hektar sahədə yazlıq səpin aparılıb

Ağdam rayonunda yaz tarla işləri davam edir. Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq göstərirlər.

Fins.az xəbər verir ki, bu barədə Rayon Statistika İdarəsindən bildirilib ki, aprelin 1-dək 3382 hektar sahədə yazlıq səpin həyata keçirilib. Əkinlərin 550 hektarı yazlıq buğda, 242 hektarı kartof, 1929 hektarı tərəvəz, 661 hektarı yem bitkisidir. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə yazlıq buğda 100 faiz, kartof 0,8 faiz, tərəvəz 29 faiz, yem bitkisi 30,6 faiz artıb. Yazlıq əkinlərin 2818 hektarı və ya 83,3 faizi fərdi sahibkar, ailə-kəndli və ev təsərrüfatı tərəfindən, 564 hektarı və ya 16,7 faizi kənd təsərrüfatı müəssisələri tərəfindən aparılıb.

Rayonda ötən ilin payızında səpilmiş taxıl əkinlərinin becərilməsi də müvəffəqiyyətlə həyata keçirilir.