QARABAĞ

06 Aprel

Laçın rayonu üzrə 3830 hektar sahədə taxıl becərilir

Cari ilin məhsulu üçün Laçın rayonu üzrə 3830,4 hektar sahədə taxıl səpini həyata keçirilib. Taxıl əkinlərinin 21 faizi rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində, qalan hissəsi isə işğaldan azad edilmiş Laçın rayonundadır.

Bu barədə Fins.az xəbər verir ki, Laçın Rayon Statistika İdarəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, taxıl sahələrinin 3096,4 hektarı (80,8 faizi) buğda, 734 hektarı (19,2 faizi) isə arpadır. 2023-cü ilin məhsulu üçün buğda və arpa əkini 2022-ci ildə olan əkinlərlə müqayisədə 44,7 faiz çoxdur.

Hazırda taxıl əkinlərinin becərilməsi müvəffəqiyyətlə həyata keçirilir. Fermerlər əkin sahəsindən bol məhsul götürmək üçün vegetasiya suvarması və yemləməmə gübrələrinin verilməsi kimi işləri aqrotexniki qaydada aparırlar.