QARABAĞ

30 Yanvar

Azad edilmiş ərazilərdə yeni seysmik stansiyalar tikiləcək

İşğaldan azad edilmiş ərazilərdə yeni seysmik stansiyalar tikiləcək.

Fins.az-ın məlumatına görə, bunu bu gün akademik Fəxrəddin Qədirov AMEA-nın Rəyasət heyətinin iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, 2022-ci ildə Azərbaycanda 12762 zəlzələ olub.

"Respublika Seysmoloji Xidmət Mərkəzinin 84 seysmik stansiyası var. Lakin bu rəqəm dəyişəcək. Çünki işğaldan azad edilmiş ərazilərdə yeni seysmik stansiyalar tikiləcək", - deyə o əlavə edib