QARABAĞ

30 Yanvar

Azad edilən ərazilərdə daha 467 hektar sahə minalardan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan bildirilib ki, yanvarın 23-dən 28-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Laçın, Cəbrayıl və Zəngilanda 5 tank əleyhinə mina və 62 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 467 hektar ərazi mina və PHS-lərdən təmizlənib.