QARABAĞ

09 Dekabr

Baş nazir: Zəngəzur dəhlizinin açılması Azərbaycanın inkişafına böyük təkan verəcək

“Vətən müharibəsindən ötən müddət ərzində azad edilmiş ərazilərin bərpası istiqamətində böyük işlər görülüb. Zəngəzur dəhlizinin açılması Azərbaycanın inkişafına böyük təkan verəcək”.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur regionunun sürətlə dirçəlməsinə səbəb olacaq: “Tətbiq edilən güzəştlər həmin ərazilərin ölkə iqtisadiyyatına re-inteqrasiyasına səbəb olacaq”.