QARABAĞ

06 Sentyabr

AZAL-ın vitse-prezidenti: "Şərqi Zəngəzur bölgəsində iki hava limanının inşasına başlanılıb"

"Bu gün çox əlamətdar gündür. Qarabağımızın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanına dünyanın iki nəhəng hava gəmisi - Azərbaycan Hava Yollarının "Airbus A340-500" tipli sərnişin təyyarəsi və "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi öz texniki uçuşlarını yerinə yetirdi".

Bunu Füzuli Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında AZAL-ın vitse-prezidenti Eldar Hacıyev deyib.

"Bizim bu gün burada hər birimizin keçirdiyi hissləri sözlə ifadə etmək qeyri-mümkündür. Bu hissləri bizə yaşadan Azərbaycan Ordusuna və Ali Baş Komandanımıza öz minnətdarlığımızı bildiririk. Sadəcə təsəvvür etsək ki, cəmi bir il bundan öncə bu torpaqlar düşmən tapdağı altında idi. 11 ay öncə buralarda qızğın döyüşlər gedirdi. Prezidentin Sərəncamı ilə artıq Şərqi Zəngəzur bölgəsində də iki hava limanının inşasına başlanılıb", - o əlavə edib.

© Report