"Guya Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisindəki kəndlərin və əhalinin atəşə tutulması xəbərini təkzib edirik".
Fins.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir.
"Azərbaycan Ordusunun hərbi qulluqçuları beynəlxalq humanitar hüquq prinsiplərinə riayət edərək qeyri-hərbi obyektləri və mülki şəxsləri atəşə tutmur", - deyə məlumatda qeyd olunur.