Avqustun 2-dən 8-dək 127 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik hesabatında deyilir.
Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 180 piyada əleyhinə mina, 3 tank əleyhinə mina və 112 partlamamış hərbi sursat aşkarlanıb.