QARABAĞ

23 İyul

Bank sektorunun öhdəlikləri ARTIB

Bank sektorunun cəmi öhdəlikləri son bir ayda 5,7% artaraq cari il iyulun 1-nə 28 220,1 mln. manat təşkil edib. Öhdəliklərin 22 125,0 mln. manatını depozitlər əhatə edib.

Fins.az xəbər verir ki,  depozitlərin 8 270,7 mln. manatı fiziki şəxslərin depozitlərinin payına düşüb.

AMB-nin banklara qarşı tələbləri ilin əvvəlindəki 374,4 mln. manatdan iyunun 1-nə 371,1 mln. manata enib.

Məlumata əsasən, cari il iyulun 1-nə bank sektorunun cəmi kapitalı 4 849,8 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 3,2% çoxdur.