Məlumat verildiyi kimi Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təminatına dəstək məqsədilə məşğulluq marafonu keçirilir.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında sahibkarlara, biznes ictimaiyyətinə və işəgötürənlərə çağırış da etmişdi.
Artıq bir neçə sahibkar və şirkət ailələrə yardım və işlə təminatlarına dəstək məqsədilə humanist təşəbbüsdə fəal iştiraka qoşulub:
- “Bolmart” supermarket
- “Grandmart” supermarket
- “Admedia” reklam agentliyi
- “Yurd Pharma”MMC
- “NewMedia” reklam agentliyi
- “Unity Company” Azerbaijan
Hazırda on dörd şəhid ailəsi, ümumilikdə isə 30-a yaxın qazi və ailəsinə yardım göstərilir, işlə təminatı bərpa edilir. Yardım paketində birdəfəlik ödəmə ilə yanaşı, işinə xitam verilmiş şəhidlərimizin aylıq müavinətləri də ailələrinə ödənilir.
Məlumat üçün bildirək ki, İkinci Qarabağ müharibəsi başlayan gündən etibarən də ön xəttdə döyüşən hərbçilərimizə və ailələrinə xüsusi diqqət və lazımi dəstək göstərilib.
QEYD: İqtisadiyyat naziri Mikayıl Cabbarovun bu çağırışına digər sahibkarların, biznesmenlərin də dəstək göstərmələri, humanist təşəbbüsə qoşulmaları xahiş olunur!