“Karabakh Center” internet-resursunun yaradılması təşəbbüsü ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya, təşəkkürümü bildirirəm. Portalda Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində bütün infrasturkturun, sosial, iqtisadi, mədəni obyektlərin, tarixi, dini abidələrin tamamilə məhv edilməsi öz əksini tapıb”.
Bunu Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, deputat Fatma Yıldırım qurumun “Karabakh.Center” layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan dövlətini qarşıda çox vacib bərpa-yenidənqurma işləri gözləyir: “İşğaldan azad edilmiş şəhərlərimiz, və kəndlərimiz yerlə-yeksan olunduğu üçün, sözün əsl mənasında, müasir dövrün tələblərinə uyğun yenidən qurulmalıdır. Postkonflikt dövrünün bərpası böyük maliyyə vəsaiti və resursların səfərbərliyini tələb edən uzunmüddətli bir prosesdir. Buna görə də bu mərhələdə iqtisadi güclərin birləşdirilməsi sözügedən prosesin sürətli, şəffaf və səmərəli formada həyata keçirilməsinə şərait yaradacaq. Postkonflikt dövründə dövlət - özəl sektor əməkdaşlığının Qarabağın dirçəlişinə töhfəsi böyük ola bilər. Belə ki, dövlətin maliyyə və iqtisadi resurslarının sərhədsiz olmadığını nəzərə alsaq, müxtəlif layihələrdə özəl təsisatların bu prosesə cəlb olunması həmin bölgənin bərpa prosesini tezləşdirə və eyni zamanda, qurulan infrastruktur layihələrinin müasirliyini və rəqabət qabiliyyətliliyini artıra bilər”.
- Jobsearch.az is elani
- Jobsearch.az vakansiyalar
- Sumqayıt üçün vakansiyalar və iş elanları
- Tap.az iş elanları
- Iw elanlari 2021
- Jobsearch az internship
Deputat bildirib ki, Qarabağ Dirçəliş Fondu azad olunan ərazilərin bərpa prosesində könüllülük və bərabərhüquqluluq prinsipi əsasında iştirak etmək istəyən bütün vətəndaşlar üçün yaradılan vahid platformadır: “Fond xalqımızın Qarabağın bərpasında birlik və iştirakının təminatçısıdır. Qarabağ Dirçəliş Fondunun dinamik fəaliyyət qurması, bu fəaliyyət çərçivəsində, ölkə daxilindən və xaricindən gələcək qlobal və irimiqyaslı, layihələr bu prosesdə böyük bir imkan qaynağı olacaqdir. Fondun yaradılması bir daha göstərir ki, Azərbaycan dövlətinin və Prezidentinin məqsədi təkcə ərazilərimizin erməni işğalından azad edilməsi deyil, eyni zamanda, dədə baba torpaqlarımızı hərtərəfli bərpa edərək, Azərbaycanın sabit inkişaf edən böyük hissəsi ilə bərabərləşdirilməsi və ölkənin sosial-iqtisadi sisteminə daxil edilməsidir. Əminəm ki, Fond Azərbaycan xalqının birlik və həmrəylik rəmzlərindən birinə çevriləcək və məhz bu Fondun dəstəyilə işğaldan azad edilmiş rayon və bölgələrimiz ən qısa zamanda ölkənin inkişaf etmiş regionları sırasında öz layiqli yerlərini tutacaq. Necə ki, müharibə dövründə xalqımız bir yumruq kimi birləşərək böyük Zəfər qazandı, eləcə də Qarabağın dirçəlməsi istiqamətində işlərin sürətləndirilməsinə təkan verəcək. Prezident İlham Əliyevin vurguladıgı kimi "Müharibə bizim gücümüzü göstərdi, əyilməz iradəmizi göstərdi, birliyimizi göstərdi, müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq".