QARABAĞ

16 İyun

Zəfər yolunun üzərində 4 körpü inşa olunacaq, onlardan 3-də tikinti işlərinin 70 faizi görülüb

Bu gün bir qrup jurnalist işğaldan azad olunan Füzuli rayonuna səfər çərçivəsində Zəfər yolunda inşa edilən körpüdə görülən işlərlə tanış olub.

Media nümayəndələrinə inşa edilən körpüdə görülən işlər barədə məlumat verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA)şöbə rəisi İlham Süleymanov bildirib ki, 101 km-lik Əhmədbəyli-Füzuli-Şuşa - “Zəfər” yolunun tikintisi üzrə işlərin 75-80%-i görülüb, torpaq işləri yolun 51 km-liyində tam başa çatdırılıb.

“Hazırda yol konstruksiyasının inşası aparılır. Artıq Zəfər yolunun 1 km 200 m hissəsinin asfalt örtüyü də vurulub. Yolun üzərində 4 körpü inşa olunacaq. Körpülərdən 3-də tikinti işlərinin 70 faizi görülüb”, - deyə o qeyd edib.

Şöbə rəisi körpülərin Ağdam-Füzuli yolunun həm yolötürücüsü, həm də çay yataqları üzərində süni qurğu funksiyası yerinə yetirəcəyini söyləyib.

İ. Süleymanov Zəfər yolunun tamamlanmaq üzrə olduğunu vurğulayıb.