QARABAĞ

16 İyun

AZAL: Füzuli aerovağzalının tikintisi üçün 240 ha ərazi minadan təmizlənib

"Füzulidə Aerovağzal kompleksinin köməkçi binalarının elektrik enerjisi ilə təmin olunması üçün uzunluğu 2,5 kilometr olan hava xətləri çəkilir".

Fins.az xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndəsi Valeh Əmiraslanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, aerovağzalın tikintisi üçün 240 ha ərazi minadan təmizlənib: "Həmin ərazinin təxminən 130 hektarında tikinti işləri gedir. Qalan ərazilər isə köməkçi hissələrdir. Aerovağzalın 1000 kV olan iki ədəd transformator binasının tikintisi başa çatıb. Hazırda sahəyə Füzuli 110 kV, 35 kV və 10kV gücündə transformatorlardan elektrik enerjisi paylanılır".

AZAL rəsmisi onu da eyd edib ki, Zəngilanda və Laçında aerovağzalın tikintisinə başlanılması üçün Minatəmizləmə Agentliyi müəyyən edilmiş sahələri minalardan tam təmizləməlidir: "Hazırda ərazilərin 50 faizi minalardan təmizlənib və bu proses davam etdirilir".