Azərbaycanın azad edilmiş ərazilərində mikromaliyyə sahəsində layihələrin reallaşdırılması planlaşdırılır.
Bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva deyib
Onun sözlərinə görə, ölkədə mikromüəssisələrin inkişafına yönəlmiş bir neçə layihənin konsepsiyası üzərində işlər aparılır:
"Ölkədə mikromaliyyələşdirmənin inkişafı istiqamətində üzv təşkilatlarımızın fəaliyyətinin təşviqi planlaşdırılır. Bundan başqa, Azərbaycanda maliyyə inklüzivliyinin yüksəldilməsi məqsədilə AMFA üzvləri üçün yeni xidmətlərin hazırlanması üzərində işləyir".
© Trend